"Qanuni oğru" dəstə üzvləri ilə birgə TUTULDU
27 may 2025 11:38 (UTC +04:00)

"Qanuni oğru" dəstə üzvləri ilə birgə TUTULDU

Rusiyanın Moskva vilayətində, Yeni Moskvada Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kriminal dairələrdə daha çox Lyoxa Moskovski kimi tanınan 53 yaşlı sakin Aleksey İvanovu saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə mayın 24-nə keçən gecə baş verib. Eyni zamanda, Nijni Novqorodda İvanovun cinayətkar qrupunun 18 üzvü saxlanılıb. Onlara qanunsuz qumar oynama maddəsi ilə ittiham irəli sürülüb. Dəstə üzvlərinin 6-sı, eləcə də İvanov nəzarətə götürülüb.

İvanov statusunu hüquq-mühafizə orqanlarından gizlətməyi bacaran taclı “qanuni oğru” hesab olunur. Hesabı açılmayan cinayətkarın varlığı bir ildən çox əvvəl məlum olub.

Əməliyyatçıların sözlərinə görə, ona 1997-ci ildə Kutaisi “qanuni oğru” Dato Sebiskveradze tərəfindən tac qoyulub və 2007-ci ildə həbs edilib. Lakin o zaman tanınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar