Narkotik vasitə ilə tutulan Ucar rayon sakinləri H.Qasımovun, R.Seyfəddinlinin və A.Cəbrayılovun digər cinayət əməlləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. Ucar rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə ilə tutulan rayon sakinləri H.Qasımovun, R.Seyfəddinlinin və A.Cəbrayılovun ətraflarında əməliyyat tədbirləri aaprıb. Nəticədə onların Qulabənd kənd sakini X.Peşmanova ilə birgə 2020-ci ilin dekabr ayında rayon ərazisindəki bir evdən 3500 manat dəyərində məişət əşyaları, R.Seyfəddinli və X.Peşmanovanın isə şəhər ərazisindəki digər bir evdən 9800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində X.Peşmanova da saxlanılıb.