Pul üstündə kirayəçini güllələdi
06 iyul 2023 13:22 (UTC +04:00)

Pul üstündə kirayəçini güllələdi

Türkiyədə ev sahibinin oğlu kirayəçini güllələyib.

Lent.az yerli mediyaya istinadən məlumat verir ki, hadisə İstanbulun Küçükçəkməcə məhəlləsində baş verib. Ödənişin qaldırılması səbəbindən yaranan mübahisədə ev sahibinin oğlu kirayəçini güllələyərək yaralayıb.

Təcili tibbi briqada həkimləri ilkin yardım göstərdikdən sonra yaralı İbrahim Özkanı xəstəxanaya aparıb. Polis hadisədən yayınan şübhəlinin axtarışları üçün araşdırmalara başlayıb.

Hadisə anı ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda ev sahibinin oğlunun silahla İbrahim Özkana atəş açdıqdan sonra ərazidən qaçdığı görünür.

# 2256
avatar

Xədicə Novruzova

Oxşar yazılar