Moldovada yerli və ukraynalı kriminal başçıların görüşü baş tutub. “Qanuni oğru”ların görüşü Kişinyovdakı restoranlardan birində keçirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Moldova polisinin məlumatına görə, görüşdə yaşı 25-dən 55-ə qədər olan 18 nəfər hər iki ölkədə təsir dairələrinin bölünməsini müzakirə ediblər. Respublikanın xüsusi təyinatlı polisi “işgüzar söhbəti” dayandırıb.
Ukraynalıların Modava ərazisinə necə getdikləri qeyd olunmasa da, saxlanılanlarla işləyərkən təqsirsizlik prezumpsiyası nəzərə alınacağı qeyd edilir.
Moldova KİV-nin məlumatına görə, görüşdə Moldova ərazisindən Aİ ölkələrinə qaçaqmalçılıq yolu ilə silah daşınması müzakirə olunub.