“Nicat Lənkəranski”ni öldürmək istəyənlərin tələbi RƏDD EDİLDİ
13 sentyabr 2023 11:40 (UTC +04:00)

“Nicat Lənkəranski”ni öldürmək istəyənlərin tələbi RƏDD EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, bu gün hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıb.

Onlar müvəkkillərinin məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılmasını istəyiblər. 

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra verilən qərara əsasən, təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər təmin edilməyib. 

Baxış iclası sentyabrın 20-nə təyin edilib. 

Qeyd edək ki, “Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismində iştirak etsə də, o, hadisədən bir müddət sonra Cinayət Məcəlləsinin 234-cü maddəsilə həbs olunub.

Xatırladaq ki, silahlı insident martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3228
avatar

Fidan İlqar

Oxşar yazılar