"Məşədi Dadaş" məscidinin önündəki qətldən  YENİ XƏBƏR
27 noyabr 2021 10:21 (UTC +04:00)

"Məşədi Dadaş" məscidinin önündəki qətldən YENİ XƏBƏR

Bakıda “Məşədi Dadaş” məscidinin qarşısında qətl törədən Məhəmməd Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, bu il avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən "Məşədi Dadaş" məscidinin qarşısında 43 yaşlı Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 38 yaşlı Məhəmməd Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4320
avatar

Mehman Nəbiyev

Oxşar yazılar