"Lotu Quli"nin qisasını almaq istəyən "qanuni oğru"ya 24 il HƏBS CƏZASI
23 iyun 2023 17:03 (UTC +04:00)

"Lotu Quli"nin qisasını almaq istəyən "qanuni oğru"ya 24 il HƏBS CƏZASI

Belarusunun Minsk şəhər məhkəməsi "Saşa Kurşner" ləqəbli "qanuni oğru" Aleksandr Kurşnerov barəsində hökm çıxarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, 24 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli müəssisədə çəkəcək. 

Kurşnerov bir neçə ağır cinayətdə şübhəli bilinir. Məlumata görə, Kurşnerov yaxın dostu “Lotu Quli” ləqəbli Nadir Sələfovun qisasını almaq istəyirmiş. O, Qulinin qatillərinin öldürülməsi üçün killerlərə 700 min dollar pul vəd edib. Amma sui-qəsd cəhdi baş tutmayıb.

Killerlər yaxalanandan sonra sifarişçinin Aleksandr Kurşnerov olduğunu etiraf ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4073

Oxşar yazılar