ABŞ-da pizza çatdıran qadın hamilə müştərini bıçaqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 22 yaşlı Brianna Alvelo Florida ştatının Kissimmee şəhərindəki moteldə qadına çoxsaylı bıçaq zərbələri vurduqdan sonra adam öldürməyə cəhddə ittiham olunur.
Zərərçəkən, onun sevgilisi və beş yaşlı qızı ad gününü qeyd etmək üçün “Riviera Moteli”ndə qalıb və bazar günü “Marko”nun pizzasını sifariş ediblər.
Alvelo təxminən 33 dollara başa gələn pizzanı gətirib və 50 dollarlıq əskinasın dəyişdirilməsini istəsə də, bu baş tutmayıb.
Qadın daha sonra kiçik əskinaslar axtarıb və Alveloya 2 dollar bəxşiş verib. Bəxşişin azlığı qızın qəzəbinə səbəb olub.
Rəsmilər bildiriblər ki, Alvelo daha sonra odlu silahla silahlanmış naməlum kişi şübhəli ilə qadının motel otağına qayıdıb və otağa zorla daxil olub. Burada hamilə qadına 14 bıçaq zərbəsi vurulub.
Gələn məmurlar, bir neçə dəfə bıçaqlanan və yerli xəstəxanaya çatdırılan Melinda İrizarrini tapıblar.
Alvelo odlu silahla evə basqın, adam öldürməyə cəhd, adam oğurluğu və ağır hücuma görə həbs edilib.