Kişi qayınata və qayınanasını baltaladı
26 fevral 2025 18:24 (UTC +04:00)

Kişi qayınata və qayınanasını baltaladı

Rusiyanın Çelyabinsk vilayətində kişi qayınatasını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aqapovski rayonunun, Novoburannı kəndində baş verib.

34 yaşlı kişi 68 yaşlı qayınatasına balta ilə hücum edərək onu öldürüb. Yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Bundan sonra cinayətkar 64 yaşlı qayınanasının başına balta ilə bir neçə zərbə endirib. Qadın ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar