Azərbaycanda şagird dünyasını dəyişib.
Lent.az xəbər verir ki, hadisə Xaçmaz rayonunda qeydə alınıb.
15 yaşlı A. Babayeva yaşadığı evdə vəfat edib. Onun uzun sürən xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, mərhum şagird Ləcət kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alırdı.
