Kişi 5 uşaq anası olan arvadını öldürdü
29 aprel 2025 17:14 (UTC +04:00)

Kişi 5 uşaq anası olan arvadını öldürdü

Türkiyədə kişi boşanma ərəfəsində olduğu arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Ceyhan qəsəbəsində baş verib.

Burada 5 uşaq anası olan 38 yaşlı Rabia Şen ilə əri S. Ş. arasında mübahisə yaranıb. Bu zaman kişi arvadına bıçaqla bir neçə xəsarət yetirib. Təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılan qadın burada ölüb.

Polis qətli törədən S.Ş.-nı saxlayıb və cinayət işi başlanaraq, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar