Şəmkirdə DƏHŞƏT:  ağcaqanad dərmanı içən uşaq öldü - YENİLƏNİB
29 aprel 2025 15:05 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏT: ağcaqanad dərmanı içən uşaq öldü - YENİLƏNİB

Aprelin 28-də saat 21:20-də Şəmkir rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2 yaşlı oğlan ağır vəziyyətdə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

"Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 21: 45-də ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

Məlumata görə, azyaşlı ağcaqanadlar üçün istifadə olunan mayeni içib.

***
11:24

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə Mahmudlu kəndində baş verib.

2 yaşlı Turqut Rüfət oğlu Tapdıqov yaşadığı evdə dərmandan zəhərlənərək ölüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar