Turistlər qida və içkilərin ən baha olan  hava limanını AÇIQLADILAR
29 aprel 2025 13:44 (UTC +04:00)

Turistlər qida və içkilərin ən baha olan hava limanını AÇIQLADILAR

Bu hava limanı səyahətçilər arasında çox populyardır, lakin oradakı qiymətlər "dişləyir" və qəlyanaltı yemək üçün xeyli pulla vidalaşmalı olacaqsınız. Turistlərdən biri hətta orada 6 avroya banan yediyini deyib.

Hava limanlarında yemək və içkilər çox bahadır, lakin bu, yəqin ki, dünyanın ən bahalısıdır, pivə 17,50 avroya, hətta bananların hər biri 6 avroya satılır.

Lent.az bildirir ki, “Daily Mail”nin xəbərinə görə, gündəlik 220 min sərnişinə xidmət göstərən İstanbul hava limanı yemək və içkilərin hədsiz qiymətlərini görən səyahətçilər tərəfindən “dünyanın ən bahalı hava limanı” adlandırılıb.

İtaliyanın “L'Economia” xəbər saytının jurnalisti Leonard Berberi İstanbul hava limanında olarkən 90 qram ağırlığında lazanyanın 24,50 avroya satıldığını gördüyünü söyləyib.


“Bu, daha çox rəndələnmiş pendir və üzərinə psevdo reyhan yarpağı səpilmiş kərpic parçasına bənzəyir”, - o şərh edib.

Turist həmçinin içlikdən asılı olaraq 14,50 ilə 17,50 avro arasında satılan bir neçə kruvasan, 17,50 avroya italyan toyuq salatları və pivə qiymətlərinin açıq-aşkar qarətedici həddə olduğunu görüb.

Leonard İstanbul hava limanına gəlməmişdən əvvəl Taksim meydanında Türkiyənin ən məşhur pivəsi olan yarım litrlik butulka “Efes”dən ləzzət aldığını, lakin hava limanında 17,50 avroya – 1067 faiz baha satıldığını deyib.

Leonard həmçinin hava limanının bir çox fast-food müəssisələrinə gedib və daha yaxşı nəticə ilə üzləşməyib.

“Popeyes”də kola və kartof qızartması ilə dörd qızardılmış toyuq qanadı 17,50 avroya başa gəlir. “McDonald's”da Big Mac 21,50 avroya, Double Quarter Pounder menyusu isə 25,30 avroya başa gəlir. 

Leonard İstanbul hava limanında hədsiz qiymətlərə diqqət çəkən yeganə turist deyil.

“Reddit”də bir çox səyahətçi onun yüksək qiymətindən şikayətlənir, hətta biri bir banan üçün 6 avro ödədiyini iddia edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar