Niyə kişilərlə qadınların səhər yeməyi  fərqli olmalıdır? - CAVAB
29 aprel 2025 11:38 (UTC +04:00)

Niyə kişilərlə qadınların səhər yeməyi fərqli olmalıdır? - CAVAB

Alimlər apardıqları araşdırmada müəyyən ediblər ki, kişilər və qadınlar səhər yeməyində fərqli yeməklər yeməlidirlər.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə,  Kanadanın Vaterloo Universitetinin alimlərinin fikrincə, kişilər və qadınlar arasında müxtəlif maddələr mübadiləsi prosesləri mövcuddur və bu da onların qida ehtiyaclarına təsir edir.

Alimlər kişi və qadın orqanizminin səhərlər karbohidrat və yağ baxımından zəngin yeməklərə necə reaksiya verdiyini təhlil etmək üçün kompüter modelləşdirməsi üsulundan istifadə ediblər.

Nəticələr nəyi göstərib?

Kişi orqanizmi karbohidratla zəngin səhər yeməyini daha effektiv mənimsəyir. Bu səbəbdən kişilər üçün yulaf sıyığı (kaşa) ideal səhər yeməyi sayılır. Qadınlara isə yağ baxımından zəngin qidalarla səhərə başlamaq tövsiyə olunur – məsələn, omlet və ya avokadolu tost. Tədqiqat qrupunun rəhbəri Stefani Abo qeyd edib ki, ilk baxışdan əhəmiyyətsiz görünən səhər yeməyi seçimi belə, insanın sağlamlığına və enerjisinə ciddi təsir göstərə bilər.

Əvvəllər də vurğulanıb

“Səhər yeməyi günün ən vacib mərhələsidir – orqanizmə enerji verir və qarşıdakı fəaliyyətlərə hazırlaşdırır. Səhər qidası yalnız aclığı yatırtmamalı, həm də sağlam fiziki forma və ümumi rifahın qorunmasına kömək etməlidir.”

Düzgün məhsullardan ibarət səhər yeməyi:

Gündəlik enerjini təmin edir

Yaxşı əhval-ruhiyyə yaradır

Bədən çəkisinə nəzarətə kömək edir

Ümumi sağlamlığı dəstəkləyir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar