Abşeronda FACİƏ: 1 aylıq körpə  boğulub öldü - YENİLƏNİB
29 aprel 2025 11:50 (UTC +04:00)

Abşeronda FACİƏ: 1 aylıq körpə boğulub öldü - YENİLƏNİB

Abşeronda biraylıq körpənin ölüm səbəbi bəlli olub. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 aprel saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

***

09:23

Abşeronda körpə ölüb.

Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Bu il martın 24-də anadan olan İnci Yusif qızı Quliyeva yaşadığı evdə nəfəs çatışmazlığından ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırm aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar