Mən dünyanı  idarə edirəm,   çox əylənirəm - Tramp
29 aprel 2025 19:33 (UTC +04:00)

Mən dünyanı idarə edirəm, çox əylənirəm - Tramp

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, o, hazırkı və birinci vəzifəsi arasındakı fərqlər üzərində düşünməkdən əsl həzz alır.

Lent.az-ın xəbərinə görə, Amerika lideri “The Atlantic”ə müsahibəsində qeyd edib ki, bu dəfə onun ambisiyaları təkcə ABŞ-ı deyil, bütün dünyanı əhatə edir.

"İlk dəfə etməli olduğum iki iş var idi - ölkəni idarə etmək və sağ qalmaq; bütün bu fırıldaqçılar var idi. Bu dəfə isə ölkəni və dünyanı mən idarə edirəm", - Tramp jurnalistlərə deyib.

“The Atlantic”in həm Ağ Evin daxilində, həm də xaricində olan mənbələri təsdiq edir ki, prezident hazırkı səlahiyyət müddətindən əvvəlkindən qat-qat çox həzz alır.

Tramp müsahibəsində işinin ciddi, lakin zövqlü olduğunu vurğulayır: "Nə etdiyimi nəzərə alsaq, çox əylənirəm. Bilirsiniz, mənim gördüyüm iş çox ciddi məsələdir".

Aprelin 29-da başa çatan ikinci səlahiyyət müddətinin ilk yüz günündə prezident həm daxili, həm də xarici siyasətdə bir sıra rekordlar və antirekordlar edib. Onun qərarları qlobal iqtisadiyyata və maliyyə bazarlarına nəzərəçarpacaq dərəcədə təsir edib.

Trumpın əsas addımları arasında geniş miqyaslı immiqrasiya əleyhinə siyasət yürütmək, qlobal ticarət müharibəsi başlatmaq və hökumətin səmərəliliyi nazirliyi vasitəsi ilə federal qurumları yenidən təşkil etməkdir. Bundan əlavə, bu dövrdə Qrenlandiyanın mümkün ilhaqı və Kanadanın ABŞ-ın 51-ci əyalətinə çevrilməsi barədə iddiaları səsləndirib.

Prezidentin iddialı planlarından biri də ikinci səlahiyyət müddətinin ilk 100 günü ərzində Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına nail olmaq idi. Tramp prosesi sürətləndirmək üçün Kiyevə fəal şəkildə təzyiq göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar