“Azərsun Holdinq” mükafata layiq görüldü
29 aprel 2025 14:51 (UTC +04:00)

“Azərsun Holdinq” mükafata layiq görüldü

“Azərsun Holdinq” 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk
kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş konfransda “Sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə”
nominasiyası üzrə təltif olunub. Bu mükafat şirkətin əməyin mühafizəsi
istiqamətində uzunmüddətli və sistemli fəaliyyətinin, təhlükəsiz iş şəraitinin
təmin olunması və əməkdaşların rifahına verilən önəmin bariz nümunəsidir.
Mükafat “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bəyə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə “Azərsun Holdinq”in əməyin mühafizəsi üzrə qabaqcıl
təcrübəsi, həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığı və müasir texnologiyaların tətbiqi sahəsində atdığı addımlar yüksək qiymətləndirilib.

Konfrans çərçivəsində “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri”
mövzusunda keçirilən müzakirələrdə ölkəmizdə qəbul edilən “Süni İntellekt
Strategiyası”nın inklüziv məşğulluğa və yeni əmək vərdişlərinin
formalaşmasına verəcəyi töhfələr vurğulanıb. Tədbirdə həmçinin “Süni
intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və
Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, AHİK-in “Layiqli Əmək
Səfirləri” və "AHİK Plus" layihələrini əhatə edən videoçarxlar təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar