Bakıda marketdən oğurluq edilib.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
18 yaşlı Murad İsgəndərov (şərti adla) məşhur marketlərin birindən 1550 manat pul vəsaiti oğurlayıb. Məlumata görə, Murad hadisəni işə qəbul olunduğu günün səhərisi törədib. Belə ki, hadisədən bir gün əvvəl mağaza müdirinə iş üçün müraciət edib və yük daşıma işinə qəbul edilib.
Fakt əsasında M. İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Zərərçəkən şəxs qismində ifadə verən mağaza müdiri dəymiş ziyanın ödənildiyini və təqirləndirilən şəxslə barışdıqlarını deyib.
Məhkəmənin qərarı ilə M. İsgəndərov 1 il 4 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.