Bakıda atasını öldürən gəncə 1 il yarım HƏBS CƏZASI
14 oktyabr 2026 16:28 (UTC +04:00)

Bakıda atasını öldürən gəncə 1 il yarım HƏBS CƏZASI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə Ayxan Vəlizadənin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci ( zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Ayxan Vəlizadənin 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Onun oğlu 19 yaşlı Ayxan Vəlizadə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı cinayət işi başlanılıb,  A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar