Rusiyanın Krasnoyarsk vilayətində Federal Penitensiar Xidmətin regional idarəsinin rəis müavini ölü halda tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, daxili xidmət polkovniki İqor Rojnev intihar edib. Təhlükəsizlik əməkdaşının meyitini qızı aşkar edib.
İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.