“Formula-1”in gəlirləri  2025-ci ildə rekord həddə  çatıb
27 sentyabr 2026 09:42 (UTC +04:00)

“Formula-1”in gəlirləri 2025-ci ildə rekord həddə çatıb

0

Formula One Management şirkəti 2025-ci il üçün maliyyə hesabatlarını yayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, şirkətin maliyyə ili üçün gəliri rekord həddə - 429,637 milyon funt sterlinq (təxminən 571 milyon dollar) olub.

Böyük Britaniyanın Companies House reyestrində dərc olunmuş əsas əməliyyat bölməsi olan Formula One Management Limited (FOM) şirkətinin maliyyə hesabatlarına görə, onun dövriyyəsi 429,637 milyon funt sterlinq (təxminən 571 milyon dollar) təşkil edib. Bir il əvvəlki göstərici 393,362 milyon funt sterlinq olub. Beləliklə, gəlir təxminən 9 faiz artıb.

Satış xərcləri 192.097 milyon funt sterlinqdən 207.110 milyon funt sterlinqə, ümumi mənfəət isə 201.295 milyon funt sterlinqdən 222.527 milyon funt sterlinqə yüksəlib.

“Formula-1”in əməliyyat mənfəəti əvvəlki ildəki 21.198 milyon funt sterlinqdən 23.794 milyon funt sterlinq təşkil edib. Vergidən əvvəlki mənfəət 2025-ci ildə 2024-cü ildəki 19.938 milyon funt sterlinqdən 19.958 milyon funt sterlinq səviyyəsində faktiki olaraq dəyişməz qalıb.

Bu arada, şirkətin ümumi mənfəəti 29,471 milyon funt sterlinqdən 19,406 milyon funt sterlinqə azalıb. Adi fəaliyyətlər üzrə vergi ödənişləri 9,533 milyon funt sterlinqdən 552.000 funt sterlinqə düşüb.

Maliyyə hesabatlarında həmçinin göstərilir ki, “Formula-1” London ofisini Sent-Ceyms bazarından Vestminsterdəki yeni binaya köçürməyi planlaşdırır. Yeni icarə müqaviləsi 2026-cı ilin fevral ayında imzalanıb və 2027-ci ilin əvvəlində istifadəyə verilməsi gözlənilir.

Britaniya “Formula-1” komandalarının 2025-ci il üçün maliyyə hesabatlarının sentyabr ayının sonuna qədər açıqlanması gözlənilir. “Mercedes” göstəricilərini iyun ayında təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar