Böyüklər arasında karyera quran ingilis futbolçu Madlen Rayt bikinili yeni cəsarətli fotoları ilə pərəstişkarlarını heyran edib.
Lent.az bildirir ki, bu barədə xarici media idmançının “Instagram”ına istinadən yazır.
26 yaşlı ulduz qızılbalıq rəngli bikinidə qayaların üzərində poza verdiyi iki diqqətçəkən kadrını sosial şəbəkədə paylaşıb.
O, görünüşünü qabıqlı boyunbağı və uyğun qolbaqla tamamlayıb.
Gözəl fotolara "Bayram mövsümü təzəcə başlayıb" şərhini yazıb.
Qeyd edək ki, Madlen əvvəllər "Çarlton Atletik"də çıxış edib və komandanın əsas oyunçularından biri hesab olunurdu. Lakin internetdə onun avtomobil idarə edərkən şampan içməsinin videosu ortaya çıxdıqdan sonra onun karyerası uğursuzluğa düçar olub.
Klub rəhbərliyi bu cür davranışı peşəkar idman prinsipləri ilə bir araya sığmayan hesab edib və baş məşqçi ilə söhbətdən sonra idmançı komandadan uzaqlaşdırılıb.
Futboldan ayrıldıqdan sonra Rayt idmana qayıtmağa çalışıb, formada qalmasına kömək etmək üçün şəxsi məşqçisi Luke Consu işə götürüb.
Lakin o, özünə yeni komanda tapa bilməyib və Madlen istiqamətini dəyişməyə qərar verib. O, model kimi işləməyə, reklam layihələrində iştirak etməyə və OnlyFans platforması üçün məzmun yaratmağa başlayıb.
Bir il ərzində onun materiallarına abunə olmaq ona 600 min avroya yaxın gəlir gətirir. Üstəlik, Rayt keçmiş UFC ulduzu Peyc VanZant kimi böyük adlarla rəqabət apararaq platformanın ən uğurlu 10 yaradıcısından biri olub.
Yeni sahəsindəki nailiyyətlərinə baxmayaraq, Madlen gözlənilmədən 2024/25 mövsümünün başlamazdan əvvəl “Çaşem Yunayted” ilə müqavilə imzalayaraq 2024-cü ilin avqustunda idmana qayıtdığını elan edib.