Yamal “Qızıl top”dan DANIŞDI:  "Hamı bilir ki, digərlərindən seçilirəm"
26 sentyabr 2026 16:52 (UTC +04:00)

Yamal “Qızıl top”dan DANIŞDI: "Hamı bilir ki, digərlərindən seçilirəm"

0

İspaniya millisinin və “Barcelona”nın hücumçusu Lamin Yamal 2026-cı ildə “Qızıl top”u qazanmağa layiq olduğunu düşünür.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, əvvəllər də “Qızıl top”u qazanmağa layiq olduğunu açıqlayıb.:

“Tam səmimi desəm, təkcə bu il deyil, karyeramın böyük hissəsində “Qızıl top”u qazanmağa imkan verən səviyyədə çıxış etmişəm. Bunu hamı bilir. Hamı bilir ki, mən digərlərindən seçilən futbolçuyam.

Düşünürəm ki, insanlar belə fikirləşirlər: “Laminin 19 yaşı var, nə vaxtsa onsuz da qazanacaq, ona görə mükafatı indi başqasına verək”. Mən sadəcə qələbə qazanmalıyam və qazanmağa davam etməliyəm. Elə bir vaxt gələcək ki, artıq mübahisə üçün yer qalmayacaq. Məni sevənlər də olacaq, nə bezdirici adamdır deyənlər də. Bu, normaldır”.

026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasiminin 26 oktyabr, bazar ertəsi günü keçirilməsi planlaşdırılır. Tədbir Londonda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar