Qaradağda palçıq vulkanı püskürdü - VİDEO  - YENİLƏNİB
26 sentyabr 2026 12:45 (UTC +04:00)

Qaradağda palçıq vulkanı püskürdü - VİDEO - YENİLƏNİB

0

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Lent.az-ın xəbərinə görə, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev APA-ya bildirib ki, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.

***
08:18

Qaradağ rayonu ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1086

Oxşar yazılar