İlon Maskın 5000 uşaq atası  olması ilə bağlı gizli planı 
29 aprel 2025 19:06 (UTC +04:00)

İlon Maskın 5000 uşaq atası olması ilə bağlı gizli planı 

İlon Maskın 5000 uşaq ata olmaq üçün gizli planı var.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Maskın dörd qadından ən azı 14 uşağı var. Bu yaxınlarda Maskın oğlunun atası olduğunu iddia edən influencer Eşli Sent-Kler indi onun 5000 uşaq ata olmaq istədiyini bildirən mesajlar sızdırıb.

Bu ilin fevral ayında 26 yaşlı Sent-Kler 5 ay əvvəl uşaq dünyaya gətirdiyini və “Atasının İlon Maskın” olduğunu açıqlayıb. O, atalıq və qəyyumluğun müəyyən edilməsi üçün məhkəməyə müraciət edib.

Mask uşağın onun olub-olmadığını açıq şəkildə təsdiqləməyib və cütlük məhkəmədə mübarizəni davam etdirir. Mask Eşliyə göndərdiyi mesajların birində yazıb: "Apokalipsisdən əvvəl legion səviyyəsinə çatmaq üçün surroqat analardan istifadə etməliyik". 

Legion qədim Roma ordusunda istifadə edilən hərbi birlik idi və adətən təxminən 5000 əsgərdən ibarət olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar