"Real"dan gedir:   Ançelotti gələcək karyerası ilə bağlı qərar verdi
29 aprel 2025 18:10 (UTC +04:00)

"Real"dan gedir: Ançelotti gələcək karyerası ilə bağlı qərar verdi

0

Karlo Ançelottinin "Real"dan ayrılması xəbərini tanınmış insayder Fabrisio Romano öz "Twitter" səhifəsində təsdiqləyib və italiyalı mütəxəssisin transferi ilə bağlı razılığa gəldiyini qeyd edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ançelottinin yeni müqaviləsinin "Real"la əməkdaşlığı bitdikdən sonra iyun ayında qüvvəyə minəcəyi gözlənilir. Klublararası Beynəlxalq Çempionatda Madrid komandasına başqa bir məşqçi rəhbərlik edəcək.

Ançelotti Braziliya millisinin 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlığına cavabdeh olacaq.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə "Real"ın baş məşqçisi olub və 2021-ci ildə komandaya qayıdıb. Bu müddət ərzində o, klubun 15 kubok qazanmasına kömək edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2576

Oxşar yazılar