Kənddə narkotacirin  silah-sursat "anbarı"   aşkarlandı
09 noyabr 2022 15:47 (UTC +04:00)

Kənddə narkotacirin silah-sursat "anbarı" aşkarlandı

Goranboyda narkotacirlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Səfikürd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayev tutulub. Onun üzərindən 12 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə E.Abdullayevə narkotik vasitəni satan Şəfəq kənd sakini Q.Abbasovdan 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, kəndin ərazisindəki fermasına baxış zamanı isə 1 kiloqram 250 qramdan artıq marixuana, çətənə toxumu, 2 ədəd “F-1” qumbarası, 5 ədəd tüstüverici şaşka, 198 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

# 3399
avatar

Oxşar yazılar