Goranboyda gənc oğlan bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. 25 yaşlı Hüseynov Sərxan İlham oğlu əmisinin evində işıq patron quraşdırmaq istəyərkən onu elektrik cərəyanı vurub. Nəticədə S. Hüseynov yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.