Evin açarını  tapmayan kişi arvadını döyüb burnunu qırdı  - Daşkəsəndə
08 oktyabr 2025 16:42 (UTC +04:00)

Evin açarını tapmayan kişi arvadını döyüb burnunu qırdı - Daşkəsəndə

0

Daşkəsəndə kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb.

34 yaşlı Siruz Əliyev (ad və soyad şərtidir) evə gec qayıdan arvadı ilə dalaşıb. Dava zamanı o, yumruqla qadının üzünə və bədəninin müxtəlif nahiyələrinə zərbə vurub. Nəticədə qadının burnu qırılıb və dodağı partlayıb.

Zərərçəkmiş şəxs bildirib ki, hadisə olan gün qohumları ilə gəzməyə gedib. Evə gələndə ərinin sərxoş olduğunu görüb.

Siruz Əliyev isə bildirib ki, arvadı gəzintidən gec qayıdıb. Həm də evin açarlarını tapmadığı üçün özü saatlarla həyətdə qalıb.

Faktla bağlı Siruz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Siruz Əliyev barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar