Ərini qətlə yetirən qadın AZADLIQ İSTƏDİ
01 dekabr 2025 10:35 (UTC +04:00)

Ərini qətlə yetirən qadın AZADLIQ İSTƏDİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, müdafiə vəkili çıxış edərək Quliyevanın əvvəllər məhkum olmadığını, himayəsində azyaşlı övladının olduğunun nəzərə alınaraq, polis nəzarətinə verilməsi barədə vəsatət verdi. Dövlət ittihamçısı çıxış edərək vəsatətin təmin olunmamasını istəyib.

Müşavirədən sonra məhkəmə tərkibi hazırkı vəziyyətdə vəsatətin təmin edilmədiyini, məhkəmənin 11 dekabr saat 14:00-a təyin edildiyini elan edib.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar