Ərini öldürüb, meyitini həyətdə basdıran Elmiraya CƏZA İSTƏNİLDİ
20 avqust 2026 12:20 (UTC +04:00)

Ərini öldürüb, meyitini həyətdə basdıran Elmiraya CƏZA İSTƏNİLDİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə dövlət ittihamçısı çıxış edub.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxışında təqsirləndirilən Elmira Əliyevanın 12 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 3 sentyabr saat 15:00-a  təyin edilib.

Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı ailə üzvləri 2024-cü il dekabrın 24-də 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib.

Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar