Direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
27 noyabr 2021 10:52 (UTC +04:00)

Direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA

Bakıda lisey direktorunun evini qarət etməkdə təqsirləndirilən Gülnar İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, paytaxtın Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızı evindən oğuluq olması ilə bağlı Yasamal rayon Polis İdarəsinə şikayət edib. O, ərizəsində uşağının dayəsi İsmayılova Gülnar Çingiz qızından şikayətçi olub.

Daxil olmuş ərizə əsasında araşdırmalara başlanılıb və fakta görə Cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs qismində saxlanılan Gülnar İsmayılova isə həbs edilib. Bundan sonra təqsirləndirilənin müdafiəçisi Ziya Ələsgərov Gülnar İsmayılovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib və hakim Murad Məmmədov vəsatəti təmin edərək qadını azadlığa buraxıb.

Vəkilin sözlərinə görə, Gülnar İsmayılova əvvəllər Sevinc Orucovanın direktor olduğu məktəbdə laborant vəzifəsində çalışıb, sonra isə onun uşağının dayəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Mehman Nəbiyev

Oxşar yazılar