DİN və DTX Cəlilabadda ƏMƏLİYYAT KEÇİRDİ
09 noyabr 2021 14:18 (UTC +04:00)

DİN və DTX Cəlilabadda ƏMƏLİYYAT KEÇİRDİ

Cəlilabadda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.

# 6189
avatar

Mehman Nəbiyev

Oxşar yazılar