"Bravo"da adam öldürüb quldurluq edənlərin məhkəməsi BAŞLADI
20 sentyabr 2023 15:38 (UTC +04:00)

"Bravo"da adam öldürüb quldurluq edənlərin məhkəməsi BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bravo” Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, bu gün hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatlarına əsasən, Dəyanət Quliyev 2002-ci ildə Lənkəran şəhərində anadan olub. Orta təhsillidir. Hadisə zamanı özəl mühafizədə sürücü işləyib. 

Azər Məmmədov 2001-ci ildə Qəbələ rayonunda anadan olub. Orta təhsilli, subaydır. Motoskilet təmiri sexində usta işləyib. 

Səbuhi Qurbanov 2003-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilli, subaydır. Kuryer işləyib. 

İbrahim İbrahimov Tatarlı kəndində anadan olub. Orta təhsilli, subaydır. 

Babək İsgəndərov 1986-ci ildə Ağcabədi rayonunda anadan olub. 44 günlük Vətən Müharibəsi qazisidir. Medallarla təltif edilib. Ailəlidir, 4 övladı var. Əvvəllər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində işləyib. Hazırda müharibə veteranıdır. 

Rövşən İsmayılov 1974-cü ildə anadan olub. Ailəlidir, övladları var.

Daha sonra Azər Məmmədovun vəkili çıxış edərək, vəsatət qaldırıb.

O bildirib ki, istintaq materillarında qanunsuzluqlar var. Eyni zamanda, bəzi sübutların siyahıdan çıxarılmasını istəyib.

Vəkil cinayət işinə xitam verilməsini istəyib.

Prokuror vəkilin vəsatətinin təmin edilməsini istəməyib. Vəsatətə baxılmamış saxlanılmasını tələb edib.

Hakimlər müşavirəyə gedib.

Qərara əsasən, cinayət işinə xitam verilməsi təmin edilməyib. Sübutların siyahıdan çıxarılması isə baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 4-ə təyin edilib.

Xatırladaq ki, hadisə martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Belə ki, edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülüb, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilib.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd) 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə) 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri, cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3676

Oxşar yazılar