Boşanmaq istəyən arvadının qulağını kəsib  evini yandırdı
16 yanvar 2025 15:20 (UTC +04:00)

Boşanmaq istəyən arvadının qulağını kəsib evini yandırdı

Rusiyanın Sverdlovks vilayətində kişi boşanmaq istəyən arvadının qulağını kəsib və evini yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tavda şəhərində baş verib. İki illik evliliyindən sonra Yana boşanmaq üçün ərizə verib, Maksim isə onu döyərək fikrindən daşındırmağa çalışıb. Qadın hüquq-mühafizə orqanlarına şikayət etsə də, əri tezliklə sərbəst buraxılıb.

Məlumata görə, kişi qisas almaq üçün arvadının qulağının bir hissəsini qoparıb. O, balta ilə arvadını və uşaqları doğrayacağı ilə hədələyib. Sonda Yananın bir neçə il əvvəl tikdiyi evi yandırıb.

Polisə müraciət edən qadına başqa şəhərə köçmək tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar