Boşanmaq istəyən arvadını gözəllik salonunda öldürən kişidən YENİ XƏBƏR
11 noyabr 2021 09:40 (UTC +04:00)

Boşanmaq istəyən arvadını gözəllik salonunda öldürən kişidən YENİ XƏBƏR

Bakıda boşanmaq istəyən arvadını öldürən Meyxoş Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib.

Qeyd edək ki, iyulun 24-də, səhər saatlarında Bakının Binə qəsəbəsindəki yeni  salınmış yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib. Xəbərə görə, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu həyat yoldaşı, 32 yaşlı Fərəcova Xatirə Ramazan qızını 10 bıçaq zərbəsi vurmaqla “qısqanclıq zəminində” qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış - işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Bildirilir ki,  Xatirə Fərəcova 3 uşaq anası olub. Məlumata görə, o və uşaqları tez-tez əri tərəfindən döyülürmüş.

Cəfərov Meyxoş

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Mehman Nəbiyev

Oxşar yazılar