Beynəlxalq axtarışda olan "qanuni oğru" saxlanıldı
10 may 2025 17:59 (UTC +04:00)

Beynəlxalq axtarışda olan "qanuni oğru" saxlanıldı

Rusiya tərəfindən terrora görə axtarışda olan cinayətkar Türkiyədə saxlanılıb. 

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.

Nazirin X sosial şəbəkəsində yazdığına görə, Rusiya Federasiyası tərəfindən İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan L. R. saxlanılıb. O, beynəlxalq terrorizmdə ittiham olunur.

Bundan əlavə, Antalyada keçirilən əməliyyat nəticəsində Gürcüstan tərəfindən İnterpolun “yaşıl bülleteni” ilə axtarışda olan “qanuni oğru” B. P. da saxlanılıb. Yerlikaya qeyd edib ki, saxlanılan şəxs əsasən Rusiyada fəaliyyət göstərirmiş.

Lakin o, əməliyyatların nə vaxt keçirildiyini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar