Benzin töküb  qadını yandırmışdı - Şöbə müdirinin qohumuna 9 il CƏZA
11 mart 2026 11:42 (UTC +04:00)

Benzin töküb qadını yandırmışdı - Şöbə müdirinin qohumuna 9 il CƏZA

0

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadının üzərinə benzin tökərək onu yandırmaqda təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə tərkibi Röyal Tağıyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Xatırladaq ki, hadisə 2024-cü ildə Tovuz rayonunda baş verib. Rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın aldığı yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb onun bədəninin 70-80 faizi yandırması məlum olub. T.Məmmədova Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb. O, həmin 3-cü dərəcəli yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Röyal Tağıyev istintaqa cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək  ki, Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar