Qumarxana təşkil edənlər
19 mart 2021 16:05 (UTC +04:00)

Qumarxana təşkil edənlər

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: qumar oynayanlar tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində qanunsuz olaraq fəaliyyət göstərən qumarxanalar aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əməliyyat tədbirlərindən biri paytaxtın Xətai rayonu ərazisində baş tutub. Baş İdarəyə vətəndaş Rəşad Rzayevin yaşadığı evdə kartla qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində təşkilatçı ev sahibi Rəşad Rzayev, həmçinin orada qumar oynayan daha 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Evə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda milli və xarici valyuta, eləcə də, iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə Qaraçuxur qəsəbəsində restoranlardan birində gizli şəkildə qumar oyunlarının təşkil edildiyi məlum olub. Əməliyyat nəticəsində obyektin sahibi Elmar Hüseynovun işçiləri Anar Həsənov və Tural Həsənzadə ilə birlikdə həmin məkanda qumar oyunları təşkil etdikləri müəyyən edilib. Obyektə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda pul vəsaiti və digər maddi sübutlar aşkar edilərək götürülüb. Adları sadalanan şəxslərlə bərabər orada qumar oynayan daha 9 nəfər saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, qumar oyunlarını təşkil edən şəxslər barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs və digər növdən olan qətimkan tədbirləri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bakıda qumarxana təşkil edənlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45