Bakıda silahlı narkotacir saxlanıldı - VİDEO
13 sentyabr 2023 12:18 (UTC +04:00)

Bakıda silahlı narkotacir saxlanıldı - VİDEO

Maştağa sakinindən  “Makarov” markalı tapança aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə Sabunçu rayonunda növbəti tədbir keçirilib. Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini 49 yaşlı Eldar Babayev tutulub.

Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Oxşar yazılar