Ələ keçirilən narkotiklər
03 dekabr 2021 19:11 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Bakıda narkotik satan kişi və qadın tutuldu - VİDEO

Bakının Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar. Onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb. Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib. 

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Narkotacir kişi və qadın tutuldu

# 1704
avatar

Mehman Nəbiyev

Oxşar yazılar