Bakıda narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat tədbirləri paytaxtın müxtəlif rayonlarında baş tutub. Nəticədə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 48 nəfər barəsində cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.