Paytaxtda hərəkət edən avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevrolet Aveo" markalı avtomobil saxlanılıb.
Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini, 24 yaşlı Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Samir Əmirov və götürülən tapança