Bakıda dostların mübahisəsi ölümlə bitdi
21 iyun 2021 10:04 (UTC +04:00)

Bakıda dostların mübahisəsi ölümlə bitdi

Bakıda qətl hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 36 yaşlı Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 33 yaşlı Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə  istintaq  davam etdirilir.

# 1311
avatar

Mehman Nəbiyev

Oxşar yazılar