Bakıda  DƏHŞƏTLİ QƏTL:   Arvadını doğrayıb həyətə atdı
30 noyabr 2021 09:52 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏTL: Arvadını doğrayıb həyətə atdı

Noyabrın 29-u saat 13 radələrində 23 yaşlı Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşahı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-averilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 31 yaşlı Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 8217
avatar

Mehman Nəbiyev

Oxşar yazılar