Bakıda  DƏHŞƏTLİ AİLƏ FACİƏSİ:   ər arvadının boğazını...
11 noyabr 2021 10:21 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: ər arvadının boğazını...

Bakıda ər arvadını öldürüb.

Pirallahı rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 24 yaşlı Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Mehman Nəbiyev

Oxşar yazılar