Bakıda hədə-qorxu ilə odlu silah əldə etməkdə təqsirli bilinən Əli Həsənov, Orxan Əliyev, Nazim Ələsgərov, Əkbər Əsədov, Zamin Əliyev və Firuz Əliyevin cinayət işi üzrə ibtidai istintaq sona çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahmud Ağalarovun icraatına verilib.
Qeyd edək ki, adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 232.2.2-ci (Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham olunublar. İş üzrə 29 nəfər zərərçəkmiş qismində iştirak edir.