Bakı sakinindən 4,5 kilo heroin tapıldı
22 aprel 2021 19:36 (UTC +04:00)

Bakı sakinindən 4,5 kilo heroin tapıldı

Bakıda narkotik alverçisi saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilərək götürülüb.

# 1512
avatar

Mehman Nəbiyev

Oxşar yazılar