Bakı sakini 103 minlik oğurluq edib özünə iki maşın aldı - VİDEO
12 noyabr 2021 16:15 (UTC +04:00)

Bakı sakini 103 minlik oğurluq edib özünə iki maşın aldı - VİDEO

Bakının Sabunçu oğurluq edən və narkotik satanlara qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Sabunçu rayon Polis İdarəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 8 evdən oğurluq etdiyi müəyyən edilib.

Elmin Cəfərov bu evlərdən ümümilikdə 103 min manatdan artıq pul və qızıl-zinət əşyaları oğurlayıb. Oğurluq yolu ilə əldə etdiyi maddi vəsait hesabına Elmin Cəfərov 2 ədəd avtomobil və  şəxsi istifadəsi üçün digər qiymətli əşyalar alıb. O, törətdiyi oğurluq hadisələrini etiraf edib.

Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Emin Manafov, Murad İsmayılov və Elşad Həsənov saxlanılıb. Bu şəxslər ümumilikdə 60 qrama yaxın heroin və metamfetamin aşkar edilib. 

Qeyd olunan faktlarla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, onların mənbələrinin aşkar edilməsi və rayon ərazisində qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Bakıda oğurluq edən və narkotik satanlar tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Mehman Nəbiyev

Oxşar yazılar