Sankt-Peterburq sakini Priozerski rayonundakı bağ ərazisindəki bağçada qonşusu olan 56 yaşlı qadının başını kəsib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, noyabrın 6-da zərərçəkənin təmizlik işləri görən tanışı polisə müraciət edib. Hadisə yerinə gələn əməliyyatçılar çarpayıda qadının başı kəsilmiş meyitini aşkar ediblər.
Həmin gün cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun Sankt-Peterburq sakini olduğu üzə çıxıb.
“İlkin məlumata görə, şübhəli şəxslə zərərçəkmiş arasında spirtli içki qəbul etdikdən sonra şəxsi düşmənçilik zəminində münaqişə yaranıb”, - məlumatda vurğulanır.
Hadisə yerində müstəntiqlər barmaq izləri, biomateriallar, iki bıçaq, balta və mişar aşkar ediblər.